AZ

Nigeriyada terrorçular 32 dinc sakini qətlə yetirdilər

Terrorçular Nigeriyanın qərbində üç kəndə hücum edərək 32 yerli sakini qətlə yetiriblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Arise" telekanalı məlumat yayıb.

Hadisə ötən gecə Niger ştatının Tuqan-Makeri, Konsoko və Pissa kəndlərində baş verib. Ölənlərin və naməlum istiqamətə aparılan girovların dəqiq sayı hələ müəyyənləşdirilməyib.

Telekanal qeyd edir ki, törədilən cinayətlərin dəsti-xətti "Boko Haram" ekstremist qruplaşmasının hücumlarını xatırladır./Oxu.az


Telegram kanalımız
Seçilən
5
2
yenisabah.az

9Mənbələr