RU

HƏMAS-ın tərksilah edilməsi prosesinə mart ayında start veriləcək

HƏMAS hərəkatının tərksilah edilməsi prosesinə mart ayında başlanılması nəzərdə tutulur.

 

Bu barədə İsrailin dövlət televiziyası “Kan” “Sülh Şurası”ndakı iki mənbəyə istinadən məlumat yayıb.

 

Məlumata görə, HƏMAS-ın tərksilah edilməsi Qəzzada yeni texnokratik hökumət vəzifəyə başladıqdan və hərəkatın əvvəllər malik olduğu səlahiyyətləri öz üzərinə götürdükdən sonra başlayacaq.

 

Telekanalın məlumatına görə, Qəzzanın ilk silahsızlaşdırılacaq ərazisi Fələstinin cənubunda yerləşən Rəfah bölgəsi olacaq.

 

Qeyd edək ki, “Sülh Şurası”na üzv dövlətlərin liderlərinin ilk görüşünün 19 fevralda ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır.

Избранный
13
4
senzor.az

6Источники