Terrorçular Nigeriyanın qərbində üç kəndə hücum edərək 32 yerli sakini qətlə yetiriblər.
Bizim.Media bu barədə "Arise" telekanalına istinadən xəbər verir.
Hadisə ötən gecə Niger ştatının Tuqan-Makeri, Konsoko və Pissa kəndlərində baş verib. Ölənlərin və naməlum istiqamətə aparılan girovların dəqiq sayı hələ müəyyənləşdirilməyib.
Telekanal qeyd edir ki, törədilən cinayətlərin dəsti-xətti "Boko Haram" ekstremist qruplaşmasının hücumlarını xatırladır.
Bizim.Media