RU

İqor Tudor – “Tottenhem”in yeni baş məşqçisi – ARENA.AZ

Xorvatiyalı futbol mütəxəssisi İqor Tudor İngiltərə Premyer Liqasında mübarizə aparan “Tottenhem”in baş məşqçisi təyin edilib.

Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən xəbər verir.

47 yaşlı mütəxəssislə müqavilə cari mövsümün sonuna – 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub. Tudor bu postda bir neçə gün öncə istefaya göndərilmiş Tomas Frankı əvəz edib.

İqor Tudor son olaraq İtaliyanın “Yuventus” komandasına rəhbərlik edib. O, məşqçilik karyerası ərzində “Hayduk” (Split), PAOK, “Karabükspor”, “Qalatasaray”, “Udineze”, “Verona”, “Olimpik” (Marel) və “Latsio” kimi komandaların da baş məşqçisi olub.

Tomas Frank isə 2025-ci ilin iyulundan “Tottenhem”ə rəhbərlik edirdi. London təmsilçisi onun rəhbərliyi altında 38 oyun keçirib. Komanda bu görüşlərdə 13 qələbə, 10 heç-heçə, 15 məğlubiyyət görüb.

52 yaşlı danimarkalı mütəxəssis daha öncə ölkəsinin U-16, U-17 və U-19 yığmalarına rəhbərlik edib. O, 2013-2016-cı illər aralığında Danimarkanın “Brondbü” komandasını çalışdırıb. “Tottenhem”dən öncə isə Frank İngiltərənin “Brentford” komandasına rəhbərlik edib.

“Tottenhem” hazırda Premyer Liqada 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
24
11
arena.az

10Источники