RU

"Qərb İrəvandan Moskvaya qarşı alət kimi istifadə edir"

"Qərb Ermənistandan Moskva ilə qarşıdurmada geosiyasi mübarizə aləti kimi istifadə edir".

"Ölkə.az" xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində qeyd edib ki, Ermənistanın yürütdüyü xətt Rusiyanın maraqlarına zərər vurmağı nəzərdə tutmur. Bununla belə, görürük ki, İrəvan Qərb ölkələri və birlikləri ilə hərbi-siyasi və iqtisadi yaxınlaşma templərini artırır. Erməni tərəfdaşlarımıza dəfələrlə demişik ki, Qərb üçün Ermənistan Moskva ilə qarşıdurmada geosiyasi mübarizə alətidir və bunu orada artıq gizlətmirlər", - deyə o bildirib.

Nazir müavini, həmçinin qeyd edib ki, Rusiya əvvəlki kimi Ermənistanı Cənubi Qafqazda Moskvanın təbii müttəfiqi hesab edir.

Избранный
71
4
olke.az

5Источники