RU

İmişli ilə bağlı naməlumluq, İK açıqlama verməlidir Qurban Qurbanov bir cür deyir, Kamran Eyyubov başqa cür danışır

Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"İmişli"nin prezidenti Kamran Eyyubov bir müddət əvvəl Sportinfo TV-nin qonağı olub. Həmkarlarımız Xanoğlan İmanov və Həbib Aslanovla eyni masaya əyləşən klub prezidenti bir çox məqamlara toxunub, "İmişli"nin gələcək planlarından danışıb. 

İcraiyyə Komitəsinin "Karvan-Yevlax" və "İmişli"yə güzəşt məsələsindən söz düşəndə, Kamran Eyyubov bu qərarı qəribə yorumlayıb. Bəlkə də, o elə başa düşüb. Kamran bəy belə qənaətə gəlib ki, İK-nın onlara verdiyi vaxt infrastrukturla bağlı deyil, uşaq komandalarının formalaşdırılmasına aiddir. Təəssüf ki, qərar açıqlanarkən, ictimaiyyətə detallı bilgi verilmədiyi üçün dəqiq fikir söyləmək çətindir. 

Lakin həm də İK üzvü olan Qurban Qurbanovun dünən Qubadakı açıqlamalarından sonra vəziyyət qarışıb. Belə ki, Qurban bəy həmin bir il müddətin debütant klublara məhz infrastruktur işləri üçün verildiyini deyib. Qurbanov həmin qərar verilən iclasda iştirak edib. O, belə deyirsə, deməli müzakirələr bu istiqamətdə olub. Lakin danışılanların nə qədər dəqiq qələmə alındığı, qərar halına salındığına dair hələ ki məlumat yoxdur.

Yaxşı olar ki, İcraiyyə Komitəsi bu naməlumluğa son qoysun! Açıqlama verilsin ki, həm "İmişli" işini bilsin, həm də ictimaiyyət qərarı düzgün mənimsəsin. 

Yeri gəlmişkən, əgər güzəşt yalnız uşaq və gənclər komandaları ilə bağlı olubsa, burada da ortaya ciddi suallar çıxır. Çünki klublara ayrılan illik 2,5 milyon manat pul təyinatlı vəsaitdir. Bunun 1,6 milyonu əsas komanda, 500 mini aşağı yaş qrupları, 350 mini infrastruktur, 50 mini də qadın futbolu üçün nəzərdə tutulub. 

Aşağı yaş qruplarına ayrılan 500 min manatın böyük hissəsi U-16, U-17, U-19 və əvəzedici heyət komandalarına xərclənir. Çünki bu komandalar səfərlər edirlər. U-19 və əvəzedici komandalarda peşəkar müqaviləli futbolçular olduğu üçün onlara maaş verilir. "İmişli"yə güzəşt edilib deyə, klubda bu komandalar mövcud deyil. Belədə "İmişli"yə həmin 500 min manat düşmür. Bu meyara görə, bölgə klubuna ən yaxşı halda 150-200 min manat ayrıla bilər. Əgər çox verilibsə, bu, pozuntudur və bu pulun hara xərclənməsi mütləq araşdırılmalıdır. 

Fikrət

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
sportal.az

2Источники