RU

Spaletti və Kyellinidən sərt etiraz Video

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

Spaletti və Kyellinidən sərt etiraz - Video

“Yuventus”un baş məşqçisi Luçano Spaletti A Seriyasında “İnter”lə oyunda hakim qərarlarına emosional reaksiya verib.

QOL.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Şənbə günü keçirilən qarşılaşmada Turin klubu səfərdə 2:3 hesabı ilə məğlub olub. Oyunun 42-ci dəqiqəsindən etibarən qonaqlar azlıqda qalıb. Müdafiəçi Pyer Kalülü ikinci sarı vərəqədən sonra meydandan kənarlaşdırılıb. Bundan sonra futbolçular və məşqçi heyəti başda Spaletti olmaqla referi Federiko La Pennanın qərarına etiraz ediblər.

Mənbənin yazdığına görə, Spaletti oyundan sonra mətbuat konfransına qatılmayıb. Onun əvəzinə klub direktorları Corco Kyellini və Damien Komolli jurnalistlərin qarşısına çıxaraq İtaliya hakimliyini sərt tənqid edib və VAR sisteminin işində islahatların aparılmasına çağırıblar.

Bildirilir ki, “Yuventus” nümayəndələri stadionun alt hissəsində La Penna ilə yüksək tonla danışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
qol.az

2Источники