Ayna saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ təhlükəsizlik qüvvələri əməliyyatda “Klod” süni intellekt modelindən istifadə edib
ABŞ təhlükəsizlik qüvvələri Venesuelanın sabiq Prezidenti Nikolas Maduronu tutmaq üçün “Anthropic” şirkətinin “Klod” süni intellekt modelindən istifadə edib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.
Lakin “Anthropic” şirkətinin daxili siyasəti “Klod”un zorakılığı asanlaşdırmaq, silah hazırlamaq və ya nəzarət aparmaq üçün istifadəsini açıq şəkildə qadağan edir. İstifadəçilər üçün mövcud olan “Klod” versiyası bəzən “OpenAI” və ya “Google”dan rəqib modellərə nisbətən daha sərt məhdudiyyətlər tətbiq edir.
Şirkət sözçüsü bildirib ki, “Anthropic” öz modellərinin müəyyən əməliyyatlarda istifadəsini inkar edə və ya “The Wall Street Journal” tərəfindən əldə edilən məlumatları təsdiqləyə bilməz.
““Klod”un və ya hər hansı digər süni intellekt modelinin hər hansı bir konkret əməliyyatda, məxfi və ya başqa şəkildə istifadə edilib-edilməməsi barədə şərh verə bilmərik. “Klod”un istənilən istifadəsi - istər özəl sektorda, istərsə də dövlət qurumları tərəfindən - onun necə istifadə olunduğunu tənzimləyən istifadə şərtlərimizə uyğun olmalıdır. Bu tələblərə uyğunluğu təmin etmək üçün tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik", - deyə bildirilib.
Mənbələrə görə, “Klod”un istifadəsi “Anthropic”in ABŞ ordusu və hüquq-mühafizə orqanları tərəfindən istifadə edilən alətləri olan “Palantir Technologies” ilə tərəfdaşlığı sayəsində mümkün olub.
Mənbələr Venesuela əməliyyatında digər süni intellekt sistemlərinin istifadə oluna biləcəyini istisna etmir.
2024-cü ilin oktyabr ayında “Anthropic”in Pentaqona süni intellekt texnologiyalarını tədarük etmək üçün müqavilə imzaladığı bildirilmişdi. Lakin 2026-cı ilə qədər tərəflər arasında fikir ayrılıqları ya.anıb. Şirkət modellərinin muxtar silahların hədəf alınması üçün istifadə olunmayacağına dair zəmanət tələb edib. Pentaqon cavab olaraq özəl şirkətlərin müharibə qaydalarını diktə edə bilməyəcəyini bəyan edib.
ABŞ müdafiə naziri Pit Heqset yanvar ayında nazirliyin "müharibə apara bilməyən süni intellekt modellərindən istifadə etməyəcəyini" bildirmişdi.
Bu yaxınlarda iki digər süni intellekt şirkəti, “OpenAI” və “Google” hərbi yönümlü süni intellekt platformasına qoşulub. Şirkətlər və ABŞ Müdafiə Nazirliyi sənədlərin təhlili, hesabatların hazırlanması və tədqiqat üçün “ChatGPT”nin ixtisaslaşmış versiyasından istifadə edildiyini bildiriblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.