RU

Obama meymunlarla bağlı qalmaqallı videoya ilk dəfə münasibət bildirdi

ain.az, Bizim media saytına istinadən bildirir.

ABŞ-ın sabiq prezidenti Barak Obama sosial şəbəkələrdə prezident Donald Trampın paylaşdığı və Obama ilə həyat yoldaşı Mişel Obamanın meymun obrazında təqdim olunduğu videoya ilk dəfə münasibət bildirib.Bizim.Media xəbər verir ki, söhbət amerikalı bloqer Brayan Tayler Koenin yayımladığı müsahibədə yer alıb.Müsahibə zamanı jurnalist ABŞ-da siyasi diskussiyanın səviyyəsinin aşağı düşməsi məsələsini qaldıraraq, Trampın “sizin şəklinizi meymunun bədəninə yerləşdirdiyini” xatırladıb.“Düşünürəm ki, amerikalıların əksəriyyəti belə davranışı olduqca narahatedici hesab edir. Doğrudur, bu diqqət çəkir. Doğrudur, bu diqqəti yayındırır. Amma ölkə boyu səyahət etdikdə hələ də ləyaqətə, nəzakətə və xeyirxahlığa inanan insanlarla qarşılaşırsan”, — deyə Obama cavab verib.

 

Onun sözlərinə görə, sosial şəbəkələrdə və televiziyada bir növ “kloun şousu” baş verir. “Həqiqət budur ki, əvvəllər müəyyən ədəb qaydalarına, takt və tutduğun vəzifəyə hörmət edilməsinə riayət olunmalı olduğunu düşünənlər indi, görünür, bundan heç bir xəcalət hissi keçirmirlər. Bütün bunlar itib”, — deyə sabiq prezident bildirib.

Obama hesab edir ki, ABŞ vətəndaşlarının əksəriyyəti bu cür yanaşmanı dəstəkləmir və “nəticə etibarilə cavab elə amerikalıların özündən gələcək”. “Biz bunu yenicə Minnesotada gördük”, — deyə o, Minneapolisdə keçirilən etiraz aksiyalarına işarə edib.Fevralın 6-na keçən gecə Trampın TruthSocial sosial şəbəkəsindəki hesabında Barak və Mişel Obamanın meymun obrazında göstərildiyi video yayımlanmışdı. Video geniş tənqidə səbəb olmuş və Trampa qarşı irqçilik ittihamları səsləndirilmişdi. ABŞ prezidenti paylaşımına görə üzr istəməkdən imtina edib. Eyni zamanda, videonun irqçi məzmununu pisləyib-pisləmədiyi ilə bağlı suala müsbət cavab verib.

 

ABŞ prezidentinin administrasiyası əvvəlcə ictimaiyyəti sakitləşdirməyə çalışaraq “şişirdilmiş narazılıq ifadə etməməyə” çağırıb. Ağ Evin mətbuat katibi Kerolayn Livitt videonun Trampı “cəngəllik kralı”, demokratları isə “Şir Kral” cizgi filminin personajları kimi təsvir edən internet memindən bir fraqment olduğunu bildirib.

Bir neçə saat sonra paylaşım silinib. Onun dərc edilməsinə görə məsuliyyət “səhvən” bunu etmiş Ağ Ev əməkdaşlarından birinin üzərinə qoyulub.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
3
bizim.media

4Источники