RU

HƏMAS-ın tərksilah prosesinə başlanılacaq - Bu TARİXDƏ

HƏMAS hərəkatının tərksilah prosesinin mart ayında başlaması planlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu haqda “Kan” televiziyası Sülh Şurasındakı iki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, HƏMAS-ın tərksilahı Qəzzada yeni texnokratik hökumət işə başladıqdan və əvvəllər radikal hərəkatın əlində olan səlahiyyətləri öz üzərinə götürdükdən sonra başlayacaq.

Vurğulanır ki, Qəzzanın hərbsizləşdiriləcək ilk ərazisi Fələstin anklavının cənubundakı “Rəfah” olacaq.

Qeyd edək ki, fevralın 19-da ABŞ paytaxtında “Sülh Şurası”na üzv ölkələrin liderlərinin ilk iclasının keçirilməsi planlaşdırılır.

Избранный
28
5
redaktor.az

6Источники