RU

Rubio G7-nin XİN rəhbərlərinə nələr deyib?

"ABŞ Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlarda gələcəkdə də iştirak etmək əzmindədir".

Publik.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio G7 ölkələrindən olan həmkarları ilə görüşündə vurğulayıb.

Rubio, ABŞ-ın Venesuelada sabitliyin qorunmasına və Ukraynadakı münaqişəni dayandırmaq məqsədilə danışıqlar aparılmasına sadiqliyini təsdiqləyib. Bundan əlavə, dövlət katibi G7 ölkələrinin xarici işlər nazirləri ilə Afrika, Avropa və Yaxın Şərqdəki aktual problemləri və mövcud vəziyyəti müzakirə edib. O deyib ki, oradakı münaqişələr qlobal sabitliyi təhdid edir.

"Rubio və həmkarları sülh və sabitliyə qarşı qlobal təhdidlərə cavab vermək üçün G7 ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini təsdiqləyiblər", - ABŞ-ın xarici siyasət idarəsinin saytında bildilib.

Избранный
17
3
publika.az

10Источники