AZ

Rubio Zelenski ilə müdafiə və iqtisadi əməkdaşlığı müzakirə edib

BAKI, 15 fevral. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə müdafiə və iqtisadiyyat sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Rubio "X" sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, görüş Ukraynanın təhlükəsizliyi və müdafiə ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə həsr olunub. O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada qan tökülməsinə son qoyacaq bir həll yolu tapmaq istəyir.

Qeyd edilir ki, Rubio daha əvvəl Münhen Təhlükəsizlik Konfransında da çıxış edib və həmin tədbirdə təhlükəsizlik məsələləri ilə bağlı mövqeyini açıqlayıb.

Seçilən
33
8
teleqraf.com

10Mənbələr