HƏMAS hərəkatının tərksilah prosesinə mart ayında başlamaq planlaşdırılır.
Publika.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziyası Sülh Şurasındakı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, HƏMAS-ın tərksilahı Qəzzada yeni texnokratik hökumət formalaşdırıldıqdan və hərəkatın əvvəlki səlahiyyətləri həmin hökumətə ötürüldükdən sonra başlayacaq. Bildirilir ki, silahsızlaşdırma prosesinin ilk mərhələsi Qəzzanın cənubunda yerləşən Rəfah şəhərindən start götürəcək.