AZ

Qəzzada HƏMAS-ın tərksilah prosesinə martda başlanılması nəzərdə tutulur

Bakı. Trend:

HƏMAS hərəkatının tərksilah prosesinə mart ayında başlamaqplanlaşdırılır.

Trend-inməlumatına görə, bu barədə İsrailin “Kan” dövlət televiziyası SülhŞurasındakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata əsasən, HƏMAS-ın tərksilahı Qəzzada yeni texnokratikhökumət formalaşdırıldıqdan və hərəkatın əvvəlki səlahiyyətlərihəmin hökumətə ötürüldükdən sonra başlayacaq. Bildirilir ki,silahsızlaşdırma prosesinin ilk mərhələsi Qəzzanın cənubundayerləşən Rəfah şəhərindən start götürəcək.

Sülh Şurasına üzv ölkələrin liderlərinin ilk görüşü fevralın19-da ABŞ paytaxtında keçiriləcək.

Məqalədə:
Seçilən
12
4
az.trend.az

5Mənbələr