RU

İsveçrədə karnaval zamanı hava kompressoru partlayıb, 11 nəfər yaralanıb

İsveçrənin Entremon əyalətinin Le-Şabl kəndində keçirilən karnaval zamanı konfet topunun hava kompressorunun partlaması nəticəsində 11 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə RTS teleradio şirkəti yerli polisə istinadən məlumat verib.

"Le-Şabldə keçirilən karnaval zamanı konfet topunun hava kompressoru partlayıb və 11 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır və o xəstəxanaya vertolyotla aparılıb", - məlumatda deyilir.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Избранный
24
3
apa.az

4Источники