İsveçrənin Entremon əyalətinin Le-Şabl kəndində keçirilən karnaval zamanı konfet topunun hava kompressorunun partlaması nəticəsində 11 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə RTS teleradio şirkəti yerli polisə istinadən məlumat verib.
"Le-Şabldə keçirilən karnaval zamanı konfet topunun hava kompressoru partlayıb və 11 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır və o xəstəxanaya vertolyotla aparılıb", - məlumatda deyilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.