RU

İdmançımız MMA üzrə ardıcıl üçüncü qələbəsini qazandı

Batumidə keçirilən GFC üzrə (Georgian Fighting Championship) və "Grand Bellagio Championship" turnirində Azərbaycanı və Gürcüstanı beynəlxalq arenalarda uğurla təmsil edən, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu, professor ləqəbli Alim Nəbiyev braziliyalı Jaime Souza ilə qarşılaşıb.

Publika.az "Report"a istinadla xəbər verir ki, üç raund davam edən, son dərəcə gərgin mübarizə şəraitində keçən döyüşdə Alim Nəbiyev hakimlərin yekdil qərarı ilə qarşılaşmanın qalibi elan olunub.

Bu, Alim Nəbiyevin MMA-da ardıcıl olaraq qazandığı üçüncü qələbəsi olub. İdmançı "Report"a açıqlamasında gələcək planları və qələbəsinin mənəvi əhəmiyyəti barədə danışıb.

Alim Nəbiyev bildirib ki, hazırda ona müxtəlif döyüş təşkilatlarından təkliflər daxil olur. Bununla belə, əsas məqsədinin dünyanın ən nüfuzlu döyüş liqası olan UFC-də çıxış etmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu hədəfə çatmaq üçün daha çox işləmək və beynəlxalq arenada ardıcıl uğurlar qazanmaq niyyətindədir.

Избранный
98
2
publika.az

3Источники