RU

"Fənərbağça" səfərdə "Trabzonspor"u məğlub etdi

Bakı. Trend:

Türkiyə Superliqasında XXII turun daha 3 oyunu keçirilib.

Trend-inməlumatına görə, turun mərkəzi matçında "Fənərbağça" səfərdə"Trabzonspor"la qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsiilə başa çatıb. İstanbul klubunun qollarını Anderson Talişka, KərəmAktürkoğlu və Marko Asensio vurublar. Qara dəniz təmsilçisində isəErnest Muçi və Pol Onuaçu fərqləniblər.

Bu nəticədən sonra xallarını 52-yə çatdıran "Fənərbağça" 2-cipillədə qərarlaşıb. "Trabzonspor" isə 45 xalla 3-cüdür.

Günün digər oyunlarında "Gənclərbirliyi" "Rizəspor"la 2:2hesablı heç-heçə edib, "Alanyaspor" isə "Konyaspor"a qalib gəlib -2:1.

Избранный
86
5
az.trend.az

10Источники