Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəSumqayıt şəhəri, Səməd Vurğun küçəsində yol-nəqliyyat qəzasının başverməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədəməlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhalFHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlbolunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-21011”və “Naz Lifan” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəzahadisəsinin baş verdiyi və “Naz Lifan” markalı minik avtomobilininsürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılıvəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1968-ci iltəvəllüdlü Bayramov Murad Möhübbət oğlunu xilas edərək təcili tibbiyardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqataparılır.