RU

"Barselona"dan hakimlərlə bağlı etiraz:Qalmaqal böyüyür

"FC Barcelona" klubu İspaniya Kral Futbol Federasiyasına - "Real Federación Española de Fútbol"a (RFEF) müraciət edərək hakim idarəçiliyinə rəsmi etirazını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti müvafiq bəyanat yayıb.

Məktubda klub rəsmiləri hakim qərarlarında müşahidə olunan qeyri-ardıcıllıqdan narazılıqlarını ifadə edərək VAR (Videoköməkçi Hakim Sistemi) danışıqlarının audioyazılarının ictimailəşdirilməsini tələb ediblər. Bundan əlavə, "Barselona" hakimlərin ciddi səhvlərə və ya səhlənkarlığa yol verdiyi hallarda ictimai şəkildə məsuliyyətə cəlb olunmasını nəzərdə tutan xüsusi intizam məcəlləsinin və ya reqlamentin hazırlanmasını təklif edib.

Xatırladaq ki, fevralın 12-də "Barselona"nın baş məşqçisi Hans-Dieter Flik İspaniya Kubokunun yarımfinal mərhələsində Madridin "Atletiko Madrid" komandası ilə keçirilən oyunda (0:4) hakimliyi sərt tənqid etmişdi. Tərəflər arasında cavab görüşü martın 3-də baş tutacaq.

Hazırda "Barselona" 23 turdan sonra 58 xalla İspaniya çempionatının turnir cədvəlinə liderlik edir.

Избранный
39
4
redaktor.az

5Источники