RU

Ağ Evdən sevgililər gününə sürpriz: Siyasi mövzulu qeyri adi açıqçalar paylaşıldı

ain.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağ Ev sevgililər günü münasibətilə ABŞ-nin xarici və daxili siyasətinə həsr olunmuş bir sıra qeyri-adi açıqçaları paylaşıb.

Oxu.Az xəbər verir ki, açıqçalar Ağ Evin "X" sosial hesabında paylaşılıb.

Onlardan birində Qrenlandiya ürək formasında təsvir olunub və üzərində "Münasibətlərimizin vəziyyətini anlamağın vaxtıdır" mesajı qeyd olunub. Bu ismarış ABŞ Prezidenti Donald Trampın adanı almaq istəyi ilə bağlı dəfələrlə verdiyi açıqlamalara əsaslanır.

Venesuelanın keçmiş prezidenti Nikolas Maduroya həsr olunmuş başqa bir açıqçada siyasətçinin bu yaxınlarda təyyarədə saxlanıldığı zaman çəkilmiş şəkli yer alıb. Açıqçanın üzərində "Sən mənim ürəyimi fəth etdin" qeyd olunub.

Üçüncü açıqça daha çox məişət məsələsinə toxunur. Üzərində ürək fonunda yazılmış bu ifadə var: "Sizə olan sevgim demokratların qanunsuz immiqrantları sevdiyi qədər güclüdür".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
146
hurriyyet.az

1Источники