RU

İlham Əliyev: Sərhədlərimizdə sülh qurulub, tamamilə yeni vəziyyət yaranıb

Azərbaycan Prezidenti İlham Əliyev bu il Ermənistanla sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib.Metbuat.az xəbər verir ki, Prezident Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda baş tutan panel müzakirəsində xatırladıb ki, sülh sazişi paraflanıb. "Bu ABŞ Prezidentinin iştirakı ilə baş tutdu. Ermənistanın Baş naziri və mənim imzaladığım birgə bəyannamə həmçinin Donald Tramp tərəfindən də imzalanıb. Sərhədlərimizdə sülh qurulub. Tamamilə yeni vəziyyət yaranıb. Heç bir atışma yoxdur, heç kim yaralanmır, heç kim qətlə yetirilmir".Dövlət başçısı vurğulayıb ki, sülh o vaxt əldə oluna bilər ki, sözün əsl mənasında, sülh prosesi olsun:

"Sənədin imzalanması vacibdir, bu, bünövrədir. Ondan sonra nə edəcəyik, bu da önəmlidir".

Избранный
28
7
metbuat.az

10Источники