RU

ABŞ həmişə Avropanın övladı olacaq RUBİO

ain.az bildirir, Modern.az portalına istinadən.

ABŞ dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Vaşinqtonu “Avropanın övladı” adlandırıb.

Modern.az xəbər verir ki, o, transatlantik birliyin davam etdirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, ABŞ-ın məqsədi Qərbin zəifləməsi deyil və Vaşinqton Avropa ilə münasibətləri ayırmaq yox, yeniləmək istəyir.

“Bizim evimiz Qərb yarımkürəsində ola bilər, amma biz həmişə Avropanın övladı olacağıq”, – deyə Rubio qeyd edib.

Rubio çıxışında kütləvi miqrasiya və sənayesizləşmə ilə bağlı narahatlıqlara da toxunaraq Qərbin “idarə olunan tənəzzülü” ilə barışmayacaqlarını vurğulayıb. Onun sözlərinə görə, ABŞ zəif müttəfiqlər istəmir, çünki bu, Amerikanı da zəiflədir.

Rubionun çıxışı Avropada müxtəlif reaksiyalar doğurub. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen onun nitqindən “çox arxayın” qaldığını bildirib, Almaniyanın xarici işlər naziri Yohann Vadeful isə Rubionu “əsl tərəfdaş” adlandırıb. Bununla belə, bəzi siyasətçilər ABŞ administrasiyasının ümumi kursunda ciddi dəyişiklik görmədiklərini deyiblər. Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsberqis çıxışın tonunun daha yumşaq olduğunu, lakin mövqenin dəyişmədiyini vurğulayıb.

Münhen Konfransı bu il dəyişən dünya nizamı, ABŞ-Avropa münasibətləri və Çinlə bağlı siyasət fonunda keçirilir

Qeyd edək ki, konfransda əsas müzakirə mövzularından biri Ukraynadakı müharibə olub. ABŞ-ın vasitəçiliyi ilə Cenevrədə sülh danışıqlarının növbəti raundunun keçirilməsi planlaşdırılır. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyevdən “həddindən artıq çox güzəşt” tələb olunduğu təəssüratı yaranır və bu güzəştlər əsasən Ukrayna kontekstində müzakirə olunur. Rubio isə ABŞ-ın sülh səylərindən geri çəkilməyəcəyini desə də, Rusiyanın bu prosesə nə dərəcədə ciddi yanaşdığının aydın olmadığını qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
modern.az

1Источники