RU

Azərbaycan və ŞKTC dan olan sahibkar qadınlar Səhər Yeməyində görüşüblər

ain.az bildirir, Bizimyol portalına istinadən.

MÜSİAD Azərbaycan Qadın Sahibkarlığının Dəstəklənməsi Komissiyasının təşkilatçılığı, “CASPA” MMC şirkətinin baş sponsorluğu ilə, “Hellim” restoranında Səhər Yeməyi proqramı baş tutub.

Bizimyol.info xəbər verir ki, Proqramda MÜSİAD Azərbaycan Qadın Sahibkarlığının Dəstəklənməsi Komissiyasının üzvləri, Şimali Kipr Türk Respublikasının (ŞKTC) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turqaner, Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin həyat yoldaşı Zöhrə Akgün və 20-dən artıq qadın sahibkar iştirak edib.

MÜSİAD Azərbaycan Qadın Sahibkarlığının Dəstəklənməsi Komissiyasının sədri Leyla Filiz çıxışında İctimai Birliyin fəaliyyəti, layihələri və strateji hədəfləri barədə ətraflı məlumat verib. O bildirib ki, qadın sahibkarların biznes bilik və bacarıqlarının artırılması, onların peşəkar inkişafına dəstək göstərilməsi, qadın sahibkarlığının cəmiyyətdə rolunun daha da gücləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və şəbəkələşmə imkanlarının artırılması Komissiyanın prioritet istiqamətləri sırasında mühüm yer tutur. O, həyata keçirilən təşəbbüslərin qadınların iqtisadi fəallığının artırılmasına və dayanıqlı sahibkarlıq mühitinin formalaşmasına xidmət etdiyini diqqətə çatdırıb.

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turqaner öz növbəsində, Komissiyanın fəaliyyət istiqamətlərini və nəzərdə tutulan layihələri yüksək qiymətləndirərək, bu təşəbbüslərin qadınların iqtisadi fəallığının artırılmasına və onların iş dünyasında daha aktiv rol oynamasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirinin həyat yoldaşı Zöhrə Akgün çıxışında qadın sahibkarlığının inkişafı üçün gerçəkləşdirilən addımları təqdir edərək,bu istiqamətdə mümkün dəstəyi göstərməyə hazır olduğunu ifadə edib.

Proqram çərçivəsində qadın sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, təcrübə və bilik mübadiləsinin genişləndirilməsi, eləcə də qadınların işgüzar mühitə daha effektiv inteqrasiyası istiqamətində səmərəli fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
bizimyol.info

1Источники