RU

Sumqayıtda işə düzəltmək adı altında dələduzluq edən şəxs SAXLANILDI

Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb.

Bizim.Media xəbər verir ki, zərərçəkmiş əvvəlcədən tanış olduğu şəxs tərəfindən “işə düzəltmək” adı altında 11500 manat vəsaitinin aldadılaraq ələ keçirilməsi barədə polisə müraciət edib.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.

Bizim.Media

Избранный
102
10
bizim.media

10Источники