RU

Bir il sonra rəsmi boşanma baş tutdu

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Təxminən bir illik rəsmi məhkəmə proseslərindən sonra Cessika Alba və keçmiş əri, prodüser Keş Uorren boşanıb.

Axşam.az xəbər verir ki, 2008-ci ildə nikahdankənar razılaşma olmadan evlənən cütlük üç övladı Honor (17), Heyven (14) və Heynsə (8) birlikd valideynlik etmə razılığına gəliblər. Onlar qaliment ödənişindən imtina ediblər.

Əmlaklarına gəldikdə isə, Uorren 2017-ci ildə aldıqları 10 milyon dollarlıq Beverli Hills malikanəsi də daxil olmaqla 3 milyon dollar alacaq. Məbləğ iki vergisiz ödəniş şəklində ödəniləcək: biri dərhal, digəri isə bir il sonra. Qalan hər şey Cessikaya qalacaq və o da qızlıq soyadına qayıdacaq.

Xatırladaq ki, Cessika 2025-ci ilin yanvarında Keşdən ayrıldığını elan edərək, şəxsi və emosional özünü kəşf etdiyini vurğulayıb. O vaxtdan bəri hər ikisi yeni münasibətlərə başlayıb: Uorren 25 yaşlı model Hana Sun Doerr ilə, Alba isə "Top Gun: Maverick" və "Captain America: Brave New World" filmlərindəki rolları ilə tanınan 33 yaşlı aktyor Denni Ramirez ilə görüşür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
axsam.az

1Источники