RU

Qurbanov: "AFFA-da bunu görmürlər?"

Misli Premyer Liqasının XX turunun "İmişli" - “Qarabağ” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Metbuat.az xəbər verir ki, o, oyun barədə fikirlərini bölüşüb.

"Vacib qələbə qazandıq Bütün qubalılara minnətdarlığımı bildirirəm. Bizə azarkeşlik etdilər, özümüzü qonaq kimi hiss etkədik. Meydanın durumu göz önündədir. Qazon yoxdur. Çox danışmaq istəmirəm. Bu durumu görmürlər? Belə meydanda oynamaq olmaz. Nyukaslla oyun ərəfəsində belə oyunla nə qazanıram? Gərək futbolçulara 3-4 gün bərpa verəm. Şamaxı ilə Qubada 4-5 oyunun gücünü sərf etdik. AFFA-da bunu görmürlər? Bu vəziyyətə müdaxilə etməlidirlər. Koxalskinin mikrozədəsi var, dünən məşqdə ağrı hiss etdi. Lemadro isə bu gün əzələsini dartdı. Durumlarına baxacağıq. Kadiyə göstərilən qırmızı vərəqə anlaşılmaz qaldı. Bəlkə də VAR-dan dedilər. VAR-da Əliyar Ağayev idi, o, çox vaxt əleyhimizə belə müdaxilələr edir".

Избранный
13
2
metbuat.az

3Источники