RU

Azərbaycanın regional rəqəmsal qovşağa çevrilməsi strategiyası

Müasir mərhələdə rəqəmsal texnologiyalar ölkələrin əksər fəaliyyət sahələrinə siyarət edib. Süni intellektin tətbiqi, data mərkəzlərinin qurulması, innovativ ekosistemin formalaşdırılması artıq inkişaf strategiyalarının ayrılmaz hissəsinə çevrilib. Azərbaycan da bu reallığı nəzərə  alaraq, rəqəmsal inkişafı prioritet istiqamət kimi müəyyənləşdirir və bu sahədə beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirir.

Milli Məclisin deputatı Zaur Şükürov qəzetimizə açıqlamasında bildirib ki, bu yanaşma Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal 

arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə  səsləndirdiyi fikirlərdə də aydın şəkildə öz əksini tapıb. Dövlət başçısı 

qeyd edib ki, rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olmalıdır, bu  sahədə görülən işlər vahid koordinasiya əsasında aparılmalı, dövlət qurumları arasında pərakəndəliyə yol verilməməli və konkret fəaliyyət planı qısa müddətdə  hazırlanaraq icraya yönəldilməlidir. "Ölkə başçısı,eyni zamanda, Azərbaycanın 

enerji potensialı, investisiya imkanları və geniş beynəlxalq tərəfdaşlıq  şəbəkəsinin yeni rəqəmsal arxitekturanın qurulması üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırıb.

Son illər ölkəmizdə rəqəmsallaşma üzrə mühüm  addımlar atılıb, dövlət xidmətlərinin elektronlaşdırılması genişlənib, texnoloji infrastruktur gücləndirilib. Qarşıdakı mərhələdə isə əsas məqsəd bu  prosesi daha sistemli və koordinasiyalı şəkildə davam etdirməkdir. Bu baxımdan həm dövlət qurumlarında, həm də özəl sektorda rəqəmsal bacarıqların artırılması

xüsusi əhəmiyyət daşıyır. Özəl sektorun innovativ təşəbbüslərinin dəstəklənməsi rəqəmsal transformasiyanın əsas sütunlarından sayılır",- deyə o əlavə edib. 

Deputat bildirib ki, texnologiya sahəsində erkən mərhələli layihələrin maliyyələşdirilməsi, 

startapların kommersiyalaşma imkanlarının genişləndirilməsi və risklərin

azaldılması məqsədilə yeni mexanizmlərin tətbiqi vacibdir, həmçinin bu istiqamətdə

beynəlxalq tərəfdaşlıq mühüm rol oynayır. Kibertəhlükəsizlik və süni intellekt sahəsində

əməkdaşlıq xüsusilə aktualdır.

Fevral ayının 10-da ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış və ikitərəfli

münasibətlər tarixinin ən mühüm sənədlərindən olan  Strateji Tərəfdaşlıq Xartiyasında qarşılıqlı

maraq doğuran bir sıra sahələlərlə yanaşı, süni intellekt və yüksək  texnologiyalar sahəsində əməkdaşlıq tərəfdaşlığın vacib istiqamətlərindən biri olaraq yer alıb. AI mərkəzlərinin yaradılması, birgə Tədqiqat və İnkişaf (R&D) dəstək alətləri, innovasiya körpü platformaları, eləcə də kibertəhlükəsizlik

və süni intellekt sahələrində sektorəsaslı təşəbbüslər kimi məxsusi  mexanizmlərin hazırlanması ilə bağlı araşdırmalara başlanılması Azərbaycanın regional rəqəmsal qovşağa çevrilməsi strategiyası ilə uzlaşır.

Z.Şükürov bildirib ki, qlobal miqyasda artan rəqəmsal risklər fonunda qabaqcıl texnologiyalara çıxış və təcrübə mübadiləsi strateji əhəmiyyət daşıyır: ABŞ şirkətlərinin bu sahədəki lider mövqeyi və Azərbaycanın artan texnoloji potensialı qarşılıqlı faydalı tərəfdaşlıq üçün əlverişli zəmin  yaradır. Bu baxımdan Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə

arasında rəqəmsal iqtisadiyyat, innovasiya, data mərkəzləri və yüksək texnologiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm hüquqi baza  rolunu oynayır.

Bu sənəd əsasında qarşılıqlı maraqlara söykənən, innovasiya və texnoloji tərəqqini təşviq edən uzunmüddətli əməkdaşlıq modelini 

iki ölkənin deyil, bütövlükdə regionun rəqəmsal gələcəyinə müsbət təsir göstərə

biləcək potensiala malikdir. Nəticə olaraq vurğulanmalıdır ki, Prezident cənab 

İlham Əliyevin liderliyi ilə ölkə iqtisadiyyatının diversifikasiyası, maliyyə

dayanıqlılığının artırılması, enerji və nəqliyyat dəhlizlərininin inkişafı 

istiqamətində əhəmiyyətli addımlar atılmaqla yanaşı, qlobal çağırışlarara cavab

verən rəqəmsal texnologiyaların tətbiqi sahəsində mühüm layihələr həyata

keçirilməkdədir ki, bu da öz növbəsində ümumilikdə rəqabət qabiliyyətli iqtisadiyyatın

inkişafına töhfə verəcək".

Əsmər QARDAŞXANOVA,

" Azərbaycan"

Избранный
122
azerbaijan-news.az

1Источники