RU

Rəsmi servisdən Changan aldı, zavod qüsurlu çıxdı Aylardır piyada qalıb (VİDEO)

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Yeni avtomobil almaq həmişə xoş xəbər olsa da, bəzən bu sevinc cəmi bir neçə gün çəkir. Paytaxt sakini Fuad bəyin başına gələnlər isə həm sürücülər, həm də avtomobil bazarını izləyənlər üçün ciddi siqnal sayıla bilər.Demokrat.az xəbər verir ki, rəsmi dilerdən 150 min kilometr zəmanətlə "Changan" markalı avtomobil alan vətəndaşın səfəri cəmi səkkiz gün sonra servisdə bitib. Avqustun 18-də böyük ümidlərlə alınan maşının sürətlər qutusunda (karobka) ciddi zavod qüsuru aşkarlanıb. Fuad bəyin sözlərinə görə, diler mərkəzi problemi aradan qaldıracaqlarını və hissəni dəyişəcəklərini vəd etsə də, artıq altı aydır ki, heç bir irəliləyiş yoxdur. Üstəlik, servisdən ona gözləmə müddətinin daha 3-4 ay çəkə biləcəyi bildirilib.

Vəziyyəti qəlizləşdirən əsas məqam isə avtomobilin kreditlə alınmasıdır. Sürücü artıq üç aydır ki, maşının üzünü görməsə də, bank və servis tərəfi ödənişlərin davam etdirilməsini tələb edir. Əks halda isə onu məhkəmə ilə hədələyirlər.Hüquqi baxımdan zəmanətli avtomobilin bu qədər uzun müddət təmirdə qalması və qarşılığında sürücüyə əvəzedici nəqliyyat vasitəsinin verilməməsi tərəflər arasındakı mübahisəni daha da alovlandırır. Fuad bəy hesab edir ki, istifadə edə bilmədiyi avtomobil üçün ödəniş tələb edilməsi məntiqsizdir. Hazırda avtomobil servisdə, sahibi isə həm piyada, həm də borclu vəziyyətdə qalıb. Prosesin necə yekunlaşacağı və dilerin bu qədər uzunmüddətli gecikməyə görə kompensasiya ödəyib-ödəməyəcəyi hələ ki qeyri-müəyyən olaraq qalır.Qeyd edək ki, məlumatı jurnalist Elvin Basqallı paylaşıb.

@elvinbasqalli

♬ orijinal ses - elvinbasqallı

İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
46
2
demokrat.az

3Источники