RU

Neftçalada yazlıq və çoxillik əkinlərinin bəyan edilməsinə dair maarifləndirici tədbir olub

Rayon icra hakimiyyətinin, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə inzibati ərazi dairə üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin,  Sudan İstifadəedənlər Birlikləri rəhbərlərinin, fermerlərin iştirakı ilə yazlıq və çoxillik əkinlərin bəyan edilməsi mövzusunda maarifləndirmə tədbiri keçirilib.

RİH başçısının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev tədbiri giriş sözü ilə açaraq ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən tədbirlərdən biri kimi kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması barədə məlumat verib. Prezidentin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"na əsasən, ölkə ərazisində bütün növ subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən həyata keçirilməsi, yazlıq və çoxillik əkin bəyanlarının başlanmasının və cari il mayın sonuna qədər davam edəcəyi barədə  rayon ərazisində fəaliyyət göstərən fermerlərin  eagro.az saytı vasitəsilə onlayn şəkildə bilavasitə özləri tərəfindən, eyni zamanda DAİM-ə, eləcə də regional "ASAN xidmət" mərkəzlərinə və KOB evlərinə müraciət etməklə əkinlərini bəyan edə bilmələri barədə məlumatlandırılması  və bu istiqamətdə RİH başçısının inzibati ərazi dairəsi nümayəndəlikləri, bələdiyyə sədrləri tərəfindən zəruri dəstək göstərilməsi ilə əlaqədar müvafiq tövsiyələr, tapşırıqlar diqqətə çatdırılıb.

Neftçala DAİM-in direktoru Miradil Əhmədli çıxış edərək əsasən dövri olaraq fermerlərə subsidiya ödənişi üçün onların bəyan məlumatlarının monitorinq edilməsi və qiymətləndirilməsi, eyni zamanda rayon ərazisində fəaliyyətdə olan fermerlərin 2025-2026-cı ilin payızlıq əkini dövründə bəyanlarının yerində yoxlanılması üçün monitorinq qrupunun yaradılması barədə geniş məruzə edərək  bır sıra məqamlara toxunub, yazlıq və çoxillik əkinlərin bəyan edilməsi prosesində qarşıya çıxacaq çətinliklərlə bağlı fermerlərin Neftçala DAİM-də yaradılmış "qaynar xətt"ə müraciət etmələri tövsiyə olunub.

S.QUBADOĞLU,

"Azərbaycan"

Избранный
172
azerbaijan-news.az

1Источники