RU

Türkiyə klubu almaniyalı baş məşqçi ilə vidalaşıb

Bakı, 14 fevral, AZƏRTAC

UEFA Konfrans Liqasında uğurlu çıxışı ilə diqqət çəkən Türkiyənin “Samsunspor” komandası baş məşqçi Tomas Reislə yollarını ayırıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

52 yaşlı çalışdırıcı 2024-cü ildə vəzifəsinə başladığı komandaya Superliqanın bürünc medalların qazandırmışdı.

 

Избранный
44
1
azertag.az

2Источники