RU

Bəzi ərazilərdə qaz olmayacaq

Bakı. Trend:

Fevralın 17-də Mingəçevir şəhəri və Yevlax rayonu ərazisindətəbii qazın verilişində məhdudiyyətlər tətbiq olunacaq.

Trend xəbər verir ki, bubarədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.

Qurumdan verilən açıqlamada qeyd olunub ki, qaz ölçü qovşağındamövcud olan "baypas" xəttinin təmiri zərurəti ilə əlaqədar qaznəqlinin müvəqqəti dayandırılmasına ehtiyac yaranıb.

Bununla əlaqədar olaraq, fevralın 17-si, saat 10:00-dan etibarəntəmir-bərpa işləri başa çatanadək "Mingəçevir" Qaz PaylayıcıStansiyasından (QPS) qidalanan Mingəçevir şəhərinin mərkəzi və üçqəsəbəsində yaşayan 30 269 əhali, eləcə də 521 qeyri-əhaliabonentinin qaz təminatı dayandırılacaq.

Eyni zamanda, Yevlax rayonunun Tanrıqulular, Hürüşağı və Boşçalıkəndlərində qeydiyyatda olan 831 əhali abonentinə də mavi yanacağınverilişinin dayandırılması planlaşdırılır.

Избранный
13
20
az.trend.az

10Источники