RU

Məmmədli kəndinin sakinləri çətin vəziyyətdəVİDEO

Daha əvvəl dəfələrlə abadlaşdırılan yolda yenidən yaranan palçıq qatı ərazini keçilməz edib... Sakinlər hərəkət etməkdə çətinlik çəkirlər...

Xezerxeber.az xəbər verir ki, bura Abşeron rayonu Məmmədli kəndi Heydər Əliyev prospektidir. Avtomobillərin gediş-gəlişinin intensiv olduğu ərazidə piyadaların hərəkəti üçün yol yoxdur. Çünki, su xəttində baş verən qəza səbəbindən yolun bir hissəsi palçıq qatı ilə dolub.

Sakinlər bildirirlər ki, problem daha əvvəl dəfələrlə yaşanıb. Bir neçə dəfə sakinlərin hərəkəti üçün əraziyə qum, çınqıl tökülsə də, yağış yağdığı zaman bu vəziyyət təkrarlanır. Ərazidə qoyulan avtobus dayanacağı da palçığın içində qaldığı üçün sakinlər məcbur qalıb kənarda dayanırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
156
1
xezerxeber.az

2Источники