RU

PSJ “Marsel”i darmadağın etdi - İCMAL

Turun mərkəzi oyununda PSJ “Marsel”i darmadağın etdi. 5:0 həm də o anlama gəlir ki, cənublular bu mövsüm də paytaxt nəhənginə çempionluq yolunda müqavimət göstərə bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, PSJ-nin əsas izləyicisi “Lans”dı. “Qan-qızılılar” “Renn” ilə oyunda erkən qol buraxsalar da, əzmkar qələbə qazandılar. Özü də “Lans” Agilar meydandan qovulduğuna görə 56-cı dəqiqədən azlıqda oynadı. Bütün turnirlərdə ardıcıl 12-ci qələbəsini qazanan “Lion” 3-cü pillədə qərarlaşıb. Yeri gəlmişkən, “şirlər” də əsas ulduzu Endrikin 61-ci dəqiqədəki “qırmızı”sına görə azlıqda qalmışdı.

“Brest”, “Anje” və “Havr” evdə qələbə qazandı. Turun oyunlarından üçü (“Mets” – “Lill”, “Nitsa” – “Monako”, “Oser” – “Paris”) 0:0 bitdi. Belə nəticə ilə kifayətlənənlərdən birinin ÇL-in pley-offunda oynayacaq “Monako” olması maraq doğurur.

21-ci tur
PSJ – Marsel 5:0

Dembele, 12; 37. Medina 64-öz qapısına. Kvaratsxeliya, 66. Li Kan İn, 74. (47926)
PSJ: Safonov, Zair-Emeri (L.Ernandes, 75), Markinyos, Paço, Mendeş, Vitinya, Mayulu (Fernandes, 75), Neveş, Due (Kvaratsxeliya, 62), Dembele (Ramuş, 75), Barkolya (Li Kan İn, 68).
Marsel: De Lanqe, Pavar (Abdelli, 62), Balerdi, Medina, Vea, Timber, Höybyerq, Emerson, Nvaneri (Payşao, 46), Qrinvud (Nadir, 80), Quiri.

Lans – Renn 3:1
Eduar, 41. Agilar, 54. Sen-Maksimen, 78 – Lepol, 8. (38174)

Nant – Lion 0:1
Şults, 25. (30849)

Anje – Tuluza 1:0
Raolisoa, 89. (11237)

Brest – Loryan 2:0
Labo, 50. Ajork, 77. (14944)

Havr – Strasbur 2:1
Zaqadu, 26. Sumare, 54 – Qodo, 36. (18004)

Nitsa – Monako 0:0
(24243)

Mets – Lill 0:0
(20378)

Oser – Paris 0:0
(15834)

1. PSJ 21 16 3 2 48-16 51
2. Lans 21 16 1 4 37-17 49
3. Lion 21 13 3 5 34-20 42
4. Marsel 21 12 3 6 46-27 39
5. Lill 21 10 3 8 34-30 33
6. Renn 21 8 7 6 31-34 31
7. Strasbur 21 9 3 9 34-27 30
8. Tuluza 21 8 6 7 31-24 30
9. Anje 21 8 5 8 22-25 29
10. Monako 21 8 4 9 32-33 28
11. Loryan 21 7 7 7 27-33 28
12. Brest 21 7 5 9 28-33 26
13. Havr 21 5 8 8 18-26 23
14. Nitsa 21 6 5 10 27-38 23
15. Paris 21 5 7 9 26-34 22
16. Oser 21 3 5 13 14-29 14
17. Nant 21 3 5 13 19-37 14
18. Mets 21 3 4 14 21-46 13

Bombardirlər: Qrinvud (Marsel) – 13, Paniçelli (Strasbur) - 11, Lepol (Renn) – 10, Şults (Lion) - 9.

Turun rəqəmi
1 – PSJ tarixində ilk dəfə “Marsel”i 5 top fərqi ilə məğlub etdi. Ümumiyyətlə, paytaxt klubu bu rəqiblə ardıcıl 6-cı ev oyunundan qalib ayrıldı – seriyanın əsası 2022-ci ilin aprelində qoyulub.

Turun ulduzu
Usman Dembele (PSJ) – mərkəzi oyunun taleyini 2 qol və 1 məhsuldar ötürmə ilə həll etdi. İlk yarıda iki qol vuran “Qızıl top”un sahibi fasilədən sonra Kvaratsxeliyanın fərqlənməsinə də şərait yaratdı.

Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:
“2027-ci ildən sonra Parisdə qalacağammı? İspanlar həmişə ağrılı nöqtəyə düşür. Parisdə çox xoşbəxtəm. Bura Parisdi”.
Избранный
141
football-plus.az

1Источники