RU

Ukrayna ilə bağlı növbəti üçtərəfli görüş: Ya Mayami, ya da...

ABŞ, Rusiya və Ukrayna arasında münaqişənin həlli ilə bağlı növbəti üçtərəfli danışıqlar raundu gələn həftənin əvvəlində baş tuta bilər.

Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilib ki, görüş Mayami və ya Əbu-Dabidə baş tutacaq. Amerika rəsmiləri hesab edirlər ki, tərəflər növbəti danışıqlarda nəzərəçarpacaq irəliləyiş əldə edə bilərlər.

Lakin Ukrayna lideri Volodimir Zelenski daha əvvəl "əlverişsiz" sülh imzalamaqdansa, mübarizəni davam etdirməyi üstün tutduğunu bildirib. Moskva isə danışıqlar prosesinin irəliləyişi ilə bağlı nikbinlik ifadə edir.

Избранный
27
1
publika.az

2Источники