AZ

Ukrayna ilə bağlı növbəti üçtərəfli görüş: Ya Mayami, ya da...

ain.az bildirir, Hurriyyet portalına istinadən.

ABŞ, Rusiya və Ukrayna arasında münaqişənin həlli ilə bağlı növbəti üçtərəfli danışıqlar raundu gələn həftənin əvvəlində baş tuta bilər.

Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilib ki, görüş Mayami və ya Əbu-Dabidə baş tutacaq. Amerika rəsmiləri hesab edirlər ki, tərəflər növbəti danışıqlarda nəzərəçarpacaq irəliləyiş əldə edə bilərlər.

Lakin Ukrayna lideri Volodimir Zelenski daha əvvəl "əlverişsiz" sülh imzalamaqdansa, mübarizəni davam etdirməyi üstün tutduğunu bildirib. Moskva isə danışıqlar prosesinin irəliləyişi ilə bağlı nikbinlik ifadə edir.

Qeyd edək ki, danışıqların əvvəlki mərhələləri 23-24 yanvar və 5-6 fevral tarixlərində baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
hurriyyet.az

2Mənbələr