RU

Ritter: Ermənistanda Aİ-nin missiyasının mandatının uzadılması müzakirə olunmur

Ermənistanda Avropa İttifaqının (Aİ) müşahidə missiyasının (EUMA) mandatının uzadılması ilə bağlı müzakirələr aparılmır.

"Far.Az" yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter açıqlama verib.

"Ermənistan hökuməti istəyir ki, Avropa İttifaqının müşahidə missiyası sülh sazişinin (Azərbaycanla) imzalanmasına və ratifikasiyasınadək işini davam etdirsin. Lakin missiyanın mandatının uzadılması ilə bağlı müzakirələr aparılmır", - o bildirib.

Xatırladaq ki, EUMA öz fəaliyyətinə 2023-cü il fevralın 20-də başlayıb. Aİ Şurası 2025-ci il yanvarın 30-da Ermənistandakı müşahidə missiyasının mandatını iki il müddətinə - 2027-ci il fevralın 19-dək uzadıb.

Избранный
17
far.az

1Источники