RU

Maduronun gətirildiyi gəmidə xidmət edən ABŞ hərbçisi DƏNİZDƏ İTDİ

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ ordusunun Karib dənizində narkotik qaçaqmalçılığına qarşı "Cənub nizəsi" kod adlı birləşmiş əməliyyat qrupu ilk hərbçisini itirib.

Oxu.Az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Məlumata görə, "Iwo Jima" desant gəmisində xidmət edən hərbçi fevralın 7-də müəmmalı şəkildə dənizə yıxılıb. 72 saatlıq axtarış heç bir nəticə verməyib və bundan sonra itkin düşən hərbçinin öldüyü elan olunub. Hadisə ilə bağlı araşdırma aparılır.

"Iwo Jima" desant gəmisi ABŞ-nin Karib dənizində narkotik kartellərinə qarşı əməliyyatlarında iştirak edir.

Yanvarın əvvəlində ABŞ-nin xüsusi təyinatlı qüvvələri tərəfindən ələ keçirilən Venesuela lideri Nikolas Maduro evində tutulduqdan sonra məhz həmin gəmiyə aparılmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
1
oxu.az

2Источники