AZ

Gəmidə xidmət edən ABŞ hərbçisi DƏNİZDƏ İTDİ

Ajans.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb. Məlumata görə, "Iwo Jima" desant gəmisində xidmət edən hərbçi fevralın 7-də müəmmalı şəkildə dənizə yıxılıb. 72 saatlıq axtarış heç bir nəticə verməyib və bundan sonra itkin düşən hərbçinin öldüyü elan olunub. Hadisə ilə bağlı araşdırma aparılır. "Iwo Jima" desant gəmisi ABŞ-nin Karib dənizində narkotik kartellərinə qarşı əməliyyatlarında iştirak edir.

Yanvarın əvvəlində ABŞ-nin xüsusi təyinatlı qüvvələri tərəfindən ələ keçirilən Venesuela lideri Nikolas Maduro evində tutulduqdan sonra məhz həmin gəmiyə aparılmışdı.

Seçilən
9
1
Ajans.az

2Mənbələr