RU

 Müəllim istədiyi vaxt məzuniyyətə çıxa bilər, amma bir şərtlə! RƏY

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əmək Məcəlləsinə edilən dəyişiklik, məzuniyyət hüququndan istənilən vaxt istifadəyə imkan versə də, demək olar, çox az qisim işçi bundan yararlana biləcək.

İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Əmək Məcəlləsinin 118 maddəsinə əsasən bütün ixtisas və adlardan olan müəllimlərə, məşqçi müəllimlərdən başqa, əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir: 

- Orta ümumtəhsil məktəblərində çalışan pedaqoji işçilər, adətən, yay tətili dövründə – 1 iyul tarixindən başlayaraq 56 təqvim günü müddətinə əmək məzuniyyətinə çıxırlar. Bu müddət tədris ilinin sonuna uyğunlaşdırılır və işə qəbul vaxtından asılı olmayaraq yayda istifadə edilir. Məzuniyyət vaxtı istənilən zaman deyil, əsasən yay ayları (iyul-avqust) nəzərdə tutulur. Müddəti 56 təqvim günüdür, yəni uzadılmış əmək məzuniyyətidir. Məzuniyyət haqqı isə son 12 ayın (və ya işlədiyi ayların) gəlirlərinə əsasən hesablanır. Lakin ƏM-də məzuniyyət hüququnu məhdudlaşdıran maddə də var. Dərs ili ərzində müəllimlər ancaq əmək qabiliyyətinin müvəqqəti itirilməsi (xəstəlik vərəqəsi) və ya üzrlü səbəblərdən (məsələn, ödənişsiz məzuniyyət) dərsdən ayrıla bilərlər. Əmək Məcəlləsinin 131 maddəsinin 5 bəndində qeyd edilib ki, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində verilir. Maraqlı hal odur ki, baxmayaraq ki, maddə imkan verir müəllim istədiyi vaxt əmək məzuniyyətinə çıxsın, amma 131.5 maddədədən də görünür ki, burada işəgötürənin razılığı mütləqdir. Hesab edək ki müəllim yanvar ayında çıxdı məzuniyyətə, deməli iyul ayında gəlib boş sinifdə oturmalı olacaq. Belə hallar daha çox universitetlərdə dərs yükü semestrlər üzrə dəyişkən olduğundan professor-müəllim heyətinin tədris ili ərzində məzuniyyətə çıxması tədris prosesinə daha sərf edir. Bu səbəbdən məcəllədə dəyişikliyin ali təhsil sahəsində tətbiqi həm praktik, həm də idarəetmə baxımından daha rahatdır. Bununla belə, məzuniyyətin elmi fəaliyyətə təsiri, semestr sonu qiymətləndirmələr və akademik qrafik kimi spesifik məsələlər nəzərə alınmalı və tətbiq mexanizmi də bu xüsusiyyətlərə uyğunlaşdırılmalıdır. Əks halda, müəllimlərin dərs vaxtı məzuniyyətə çıxa bilməsi mümkün olmayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
sherg.az

1Источники