RU

Simeone heyran qaldı: dörd qolun sirrini açdı

Idman.biz saytına istinadən ain.az xəbər verir.

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone İspaniya Kubokunun yarımfinalında “Barselona”ya qarşı keçirilən ilk oyundakı parlaq nəticəyə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, argentinalı mütəxəssis stadiondakı atmosferin komandasına böyük güc verdiyini deyib.

Simeonenin sözlərinə görə, futbolçular enerji dalğasını düzgün idarə etməyi bacarıblar: oyun yüksək səviyyədə alınıb, hücumçular boşluqları əla oxuyublar. O vurğulayıb

ki, bəzən komandada qətiyyət çatışmazlığından danışılır, lakin bu görüş məhz nümayiş etdirilən oyunla yadda qalacaq.

Baş məşqçi əlavə edib ki, rəqibin gücünü yaxşı bilirlər və vaxtı çatanda cavab matçına da eyni əzmlə yanaşmalı olacaqlar.

Qeyd edək ki, cavab qarşılaşması 3 martda Barselonada keçiriləcək.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
icma.az

2Источники