RU

Bələdiyyə aktlarının 97,2%-i qanunvericiliyə uyğun olub

"Ötən il inzibati nəzarət orqanına daxil olmuş 81 711 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib və onların 97,2 %-nin qanunvericiliyə uyğun olduğu müəyyən edilib".

SİA-nın verdiyi məlumata görə, bu sözləri ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, normativ hüquqi aktların tələblərinə zidd olan aktların dəyişdirilməsi və ya ləğv edilməsi üçün "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib: "Bu təkliflər nəticəsində 644 akt ləğv edilib, 950 akt dəyişdirilib, bələdiyyələr tərəfindən təmin olunmayan 7 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb".

Müəllif: Ziya Hikmətoğlu
Избранный
31
9
sia.az

10Источники