RU

"Altı dəqiqə epizoda baxdılar, amma ofsayd qərarı yenə də şübhəli qaldı" - "Barselona"nın müdafiəçisi hakim idarəçiliyini tənqid etdi

"Barselona"nın müdafiəçisi Erik Qarsiya "Atletiko"ya (Madrid) qarşı İspaniya kubokunun yarımfinal matçındakı (0:4) hakim idarəçiliyini tənqid edib.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, ispan futbolçu hakimlərin onların əleyhinə daha rahat qərarlar qəbul etdiyini bildirib:

"Altı dəqiqə epizoda baxdılar, amma ofsayd qərarı yenə də şübhəli qaldı. Eşitdiyimə görə, əvvəlcə VAR-ın işləmədiyini demişdilər. Düzünü desəm, hətta stop-kadrdan belə, tam aydın deyildi. Yarıavtomatik sistemlə hər şey daha sadə olmalıdır... Son vaxtlar heç bir hakim qərarı bizim xeyrimizə olmayıb. Xulianonun Baldeyə qarşı etdiyi qayda pozuntusu açıq-aşkar qırmızı vərəqə idi. Bu cür vəziyyətlərdə nədənsə bizə qarşı qərarlar çox asanlıqla qəbul edilir”.

"Atletiko” və “Barselona" arasında İspaniya kubokunun yarımfinalının ikinci görüşü martın 3-də keçiriləcək.

 

saytlarin hazirlanmasi

Избранный
12
1
sportal.az

2Источники