AZ

Altı dəqiqə epizoda baxdılar, amma ofsayd qərarı yenə də şübhəli qaldı Barselona nın müdafiəçisi hakim idarəçiliyini tənqid etdi

ain.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Barselona"nın müdafiəçisi Erik Qarsiya "Atletiko"ya (Madrid) qarşı İspaniya kubokunun yarımfinal matçındakı (0:4) hakim idarəçiliyini tənqid edib.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, ispan futbolçu hakimlərin onların əleyhinə daha rahat qərarlar qəbul etdiyini bildirib:

"Altı dəqiqə epizoda baxdılar, amma ofsayd qərarı yenə də şübhəli qaldı. Eşitdiyimə görə, əvvəlcə VAR-ın işləmədiyini demişdilər. Düzünü desəm, hətta stop-kadrdan belə, tam aydın deyildi. Yarıavtomatik sistemlə hər şey daha sadə olmalıdır... Son vaxtlar heç bir hakim qərarı bizim xeyrimizə olmayıb. Xulianonun Baldeyə qarşı etdiyi qayda pozuntusu açıq-aşkar qırmızı vərəqə idi. Bu cür vəziyyətlərdə nədənsə bizə qarşı qərarlar çox asanlıqla qəbul edilir”.

"Atletiko” və “Barselona" arasında İspaniya kubokunun yarımfinalının ikinci görüşü martın 3-də keçiriləcək.

 

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
sportal.az

2Mənbələr