RU

İşıqlar altında ulduz -Tünzalə Ağayeva yeni fotosessiyanı TƏQDİM ETDİ

Hər zaman fərqli, gözəl layihələrə imza atan Xalq artisti Tünzalə Ağayeva yeni fotosessiyasını təqdim edib.

“İki sahil” xəbər verir ki, pop ulduz bu dəfə boz rəngdə klassik kostyumda kamera qarşısına keçib. Fotoqraf Anfisa Bessonovanın obyektivinə poza verən şou-biznesin əfsanəsi bu dəfə də göz oxşayıb. 

Geyimin müəllifi Lali Rüstəmovadır. Layihənin rəhbəri isə Yalçın Cabbarovdur.

Azərbaycan estradasının ən parlaq simalarından olan Tünzalə Ağayeva yeni fotosessiyası ilə ulduz həyatının görünməyən tərəflərinə diqqət çəkib. Yeni görüntülər sosial şəbəkələrdə də maraqla qarşılanılıb və izləyicləri ulduz həyatına fərqli rakursdan baxmağa sövq edib.

Избранный
19
6
ikisahil.az

8Источники