Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Hər zaman fərqli layihələrə imza atan Xalq artisti Tünzalə Ağayeva yeni fotosessiyası ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, sənətçi bu dəfə boz rəngdə klassik kostyumda kamera qarşısına keçib.
Fotoqraf Anfisa Bessonovanın obyektivinə poza verən şou-biznesin əfsanəsi bu dəfə də göz oxşayıb.
Geyimin müəllifi Lali Rüstəmovadır. Layihənin rəhbəri isə Yalçın Cabbarovdur.
Azərbaycan estradasının ən parlaq simalarından olan Tünzalə Ağayeva yeni fotosessiyası ilə ulduz həyatının görünməyən tərəflərinə diqqət çəkib.
Yeni görüntülər sosial şəbəkələrdə də maraqla qarşılanılıb.
Qalereya
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.