RU

ABL: XVII turun daha iki qarşılaşması baş tutacaq

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Azərbaycan Basketbol Liqasında XVII turun növbəti oyunları baş tutacaq.

"Cebheinfo.az" xəbər verir ki, günün ilk matçı A qrupu çərçivəsində Gəncədə keçiriləcək.

"Gəncə" klubu "Abşeron Lions" kollektivini qəbul edəcək. Qarşılaşma Gəncə Olimpiya İdman Kompleksində, saat 17:00-da start götürəcək.

Günün digər görüşündə isə B qrupunda yer alan komandalar üz-üzə gələcəklər. Hazırda turnir cədvəlinin lideri olan "Ordu" "Quba" kollektivini sınağa çəkəcək. Bu oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq.

Daha əvvəl keçirilən görüşlərdə "Sərhədçi" "Lənkəran"ı (83:69), "Naxçıvan" "Sumqayıt"ı (110:107) məğlub edib.

Qeyd edək ki, XVII tura fevralın 14-də yekun vurulacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
4
cebheinfo.az

5Источники