ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
Azərbaycan Basketbol Liqasında XVII turun növbəti oyunları baş tutacaq.
"Cebheinfo.az" xəbər verir ki, günün ilk matçı A qrupu çərçivəsində Gəncədə keçiriləcək.
"Gəncə" klubu "Abşeron Lions" kollektivini qəbul edəcək. Qarşılaşma Gəncə Olimpiya İdman Kompleksində, saat 17:00-da start götürəcək.
Günün digər görüşündə isə B qrupunda yer alan komandalar üz-üzə gələcəklər. Hazırda turnir cədvəlinin lideri olan "Ordu" "Quba" kollektivini sınağa çəkəcək. Bu oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq.
Daha əvvəl keçirilən görüşlərdə "Sərhədçi" "Lənkəran"ı (83:69), "Naxçıvan" "Sumqayıt"ı (110:107) məğlub edib.
Qeyd edək ki, XVII tura fevralın 14-də yekun vurulacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.