RU

Pley-off oyunlarında iştirak etməyəcək

Rodriqonun aqibətinə aydnlıq gəlib. O, gözlənildiyi kimi, ağır cəzadan qaça bilməyib.

"Football-plus.az" xatırladır ki, “Real”ın oyunçusu Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunun “Benfika” ilə sonuncu oyununda (2:4) qırmızı vərəqə almışdı. Braziliyalı hücumçu hakimlərin ünvanına təhqiramiz ifadələr işlətmişdi. Bunu nəzərə alan UEFA-nın müvafiq komitəsi Rodriqonu iki oyunluğa cəzalandırıb.

Beləliklə, Rodriqo Çempionlar Liqasının pley-off mərhələsinin “Benfika” ilə hər iki matçını buraxacaq. Bu oyunlar fevralın 17-si və 25-də keçiriləcək.

Избранный
31
1
football-plus.az

2Источники