Şəkidə 10 gün əvvəl hamamda yıxılaraq xəsarət alan şəxs xəstəxanada ölüb.
"Far.Az"un Şimal-qərb bürosunun məlumatına görə, Şəki şəhər sakini - 1961-ci il təvəllüdlü Əli Məmmədov 10 gün əvvəl hamamda yıxılıb.
Kəllə-beyin travması alan şəxs bu gün xəstəxanada keçinib.